EN

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

Son illər Azərbaycanda breket istifadəsi gənclər arasında sürətlə populyarlaşıb. Estetik görünüşə marağın artması, sosial şəbəkələrdə "ideal gülüş" meylinin güclənməsi və stomatoloji xidmətlərin daha əlçatan olması bu tendensiyanı genişləndirən əsas səbəblərdəndir. Bu mövzu ilə bağlı diqqətçəkən məqam isə breket taxan oğlanların hərbi xidmətdən möhlət almasıdır.
BUTA.TVModern.az-a istinadən xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlanıb. Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsindən bildirilib ki, breket taxılması faktı özlüyündə möhlət hüququ yaratmır. Möhlət yalnız müəyyən tibbi göstəricilər əsasında tətbiq olunur:

"Həzm orqanlarının xəstəlikləri üzrə: çağırışçılar çənə anomaliyalarının breketlə müalicəsi zamanı ortoqnatik dişləm vəziyyətindədirlərsə, onların tibbi şəhadətləndirilməsi yalnız bir dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 51 "d" maddəsinin I qrafasına əsasən "Hərbi xidmətə müvəqqəti yararsız" hesab edilirlər".

Chosen
14
14
buta.tv

10Sources