EN

Lənkəranda qəza olub, şəhərin bir hissəsi işıqsız QALIB

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Mirmustafaxan küçəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı hərəkətdə olan iki "Toyota Prius" markalı avtomobil toqquşub. Nəticədə, avtomobillərdən biri yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb.

Qəza nəticəsində 2001-ci il təvəllüdlü Tərlan Bəxtiyar oğlu Həsənzadə xəsarət alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həmçinin qəza nəticəsində avtomobilin elektrik dirəyini zədələməsinə görə şəhərin bir hissəsi işıqsız qalıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
1
bakivaxti.az

2Sources