EN

Nokol Paşinyan: Bizim daxili legitimliyimiz yeni konstitusiyada öz əksini tapmalıdır

Tbilisi, 23 noyabr, AZƏRTAC

Mən daxili legitimliyimizi gücləndirməyi fundamental məsələ hesab edirəm, bu da yeni Konstitusiyanın qəbulunda öz əksini tapmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan siyasi elita ilə qapalı görüşdə deyib.

O, dövlət qulluqçuları qarşısında çıxışında beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü müdafiə etmək hüququndan, yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyindən danışıb.

"Silah və texnika əldə etmək və müdafiə texnologiyalarına çıxış imkanları eksponent olaraq artır. Mən daxili legitimliyimizi gücləndirməyi fundamental məsələ hesab edirəm ki, bu da yeni konstitusiyanın qəbulunda öz əksini tapmalıdır", - deyə Paşinyan qeyd edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
27
5
azertag.az

10Sources