EN

“Borussiya" “Ştutqart”la heç-heçə etdi

Almaniya Bundesliqasının XI turunda “Borussiya Dortmund” evdə “Ştutqart”la üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Signal Iduna Park”da keçirilən oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb.

34-cü dəqiqədə Emre Can penalti ilə ev sahiblərini önə çıxarıb, 42-ci dəqiqədə Maksimilian Bayer fərqi iki topa çatdırıb. Qonaqların futbolçusu Deniz Undav 47-ci və 71-ci dəqiqələrdə fərqlənərək hesabı bərabərləşdirib, 90+1-ci dəqiqədə isə hət-trikini tamamlayıb. 89-cu dəqiqədə Karim Adeyemi Dortmund komandasının üçüncü qolunu vurub.

Bu nəticədən sonra “Borussiya Dortmund” 22 xalla 3-cü pillədə, “Ştutqart” isə eyni xalla 5-ci sıradadır. Növbəti turda Dortmund komandası səfərdə “Bayer”lə, “şvablar” isə “Hamburq”la qarşılaşacaq.

Chosen
30
90deqiqe.az

1Sources