EN

“Qarabağ”ın rəqibi üç xalı 4 qolla qazandı

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Almaniya Bundesliqasının 11-ci turunda “Köln” və “Ayntraxt Frankfurt” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, qarşılaşmanı 4:3 hesabı ilə “qartallar” qazanıblar. Oyun Kölndə keçirilib.

Yakub Kaminski dördüncü dəqiqədə ev sahibi komandanı irəli çıxarıb, Artur Teate isə 39-cu dəqiqədə hesabı bərabərləşdirib. Mahmud Daud 45+6-cı dəqiqədə qonaqları irəli çıxarıb. Conatan Burkhardt 59-cu dəqiqədə hesab arasındakı fərqi artırıb. 63-cü dəqiqədə o, ikinci qolunu vurub. Marius Bülter “qırmızı-ağlar”ın ikinci qolunu 83-cü dəqiqədə vurub. Jan-Luka Valdşmidt 90+4-cü dəqiqədə fərqi azaldıb – 3:4.

Bu oyundan sonra “Köln” Almaniyanın yüksək divizionunun turnir cədvəlində 14 xalla doqquzuncu, “Ayntraxt Frankfurt” isə 20 xalla altıncı yerdədir.

Növbəti turda “qırmızı-ağlar” noyabrın 29-da səfərdə “Verder Bremen”lə, “qartallar” isə noyabrın 30-da “Volfsburq”la qarşılaşacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
1
icma.az

2Sources