EN

Avropa dövlət başçıları Trampın sülh planına dəyişikliklər hazırlayıblar

Avropa dövlət başçıları Ukraynadakı müharibəyə son qoymaq üçün ABŞ-ın hazırladığı "sülh planı"na dəyişiklilər hazırlayaraq artıq onu Vaşinqtona göndəriblər.

Musavat.com "Der Spiegel"ə istinadən xəbər verir ki, Avropa rəsmiləri son iki gündür Amerika planına əks təklif üzərində işləyirlər. Nəşr bildirib ki, "dövlət və hökumət başçıları G20 sammiti çərçivəsində görüş keçiriblər. Məlumata görə, artıq ayrıca işçi sənəd hazırlanıb və Vaşinqtona göndərilib".

"Der Spiegel" əlavə edib ki, onların məlumatına görə, sənəd ABŞ prezidenti Donald Trampın 28 bəndinin yenidən işlənmiş versiyasıdır.

Musavat.com

Chosen
34
musavat.com

1Sources