EN

"Nəsə alınmasa, hər kəs evinə gedəcək, yeni biri gəlib layihəni ləğv edəcək"

“Yuventus”un sabiq qapıçısı Canluici Buffon İtaliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsindən pley-offa çıxmasını şərh edib.

İtaliya millisi Norveçdən geri qalaraq mundiala birbaşa vəsiqə qazana bilməyib. Komanda pley-offda da uğursuz olsa, ardıcıl üçüncü dəfə dünya çempionatını buraxacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Buffon vəziyyəti belə dəyərləndirib:

“İtaliya millisi hazırda keçid dövrünü yaşayır və hansı yolu seçəcəyini bilmir. Biz 20 il əvvəlki səhvlərin əvəzini ödəyirik.

O vaxtlar düşünürdük ki, Buffon (özü), Fabio Kannavaro, Françesko Totti kimi oyunçular həmişə olacaq. Amma o dövrdə də texniki-taktiki modeli yenidən nəzərdən keçirmək lazım idi”.

O, problemlərin həll yolunun aşağı yaş qruplarından keçdiyini deyib:

“Hər şey 7–13 yaşlı uşaqlardan başlamalıdır. Daha sonrakı illərdə inkişaf mümkündür, amma istedad məhz erkən formalaşır.

Çezare Prandelli (italiyalı məşqçi) ilə danışıqlar aparırıq. Qanqaraçılıq olmasın deyə, seçmə mərhələ bitdikdən sonra layihəni tam dəqiqləşdirmək istəyirdik.

Belə layihələr yalnız sabitlik olduqda uğur qazana bilər. Nəsə alınmasa, hər kəs evinə gedəcək, yeni biri gəlib layihəni ləğv edəcək. Belə işlərdə davamlılıq vacibdir”.

İtaliya millisi DÇ-2026-nın pley-off mərhələsində Şimali İrlandiya yığması ilə qarşılaşacaq.

Chosen
15
sportinfo.az

1Sources