EN

2009-cu ildə yaşanan biabırçılıq təkrarlandı

“Ferrari” komandasının sürücüsü Lyuis Hemilton Cankarlo Fişellinin 16 yaşındakı biabırçı antirekordunu təkrarlayıb.

Hakimiyyet.az xəbər verir ki, britaniyalı 2009-cu ildən bəri sıralamada sonuncu yeri tutan ilk “Ferrari” sürücüsü olub.

Xatırladaq ki, Las-Veqas təsnifat mərhələsində Hemilton liderdən 9 saniyədən çox geridə qalıb. Lando Norris yarışın qalibi olub.

Formula 1 tarixində üçüncü olacaq Las-Veqas Qran Prisinin əsas yarışı bu gün Bakı vaxtı ilə səhər saat 07:00-da veriləcək.(publika.az)

Chosen
18
4
hakimiyyet.az

5Sources