EN

Şahzadə Diananın şəxsi modelyeri vəfat edib

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Britaniya şahzadəsi Diananın şəxsi dəb dizayneri Pol Kostello 80 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb.

Məlumata görə, Kostello Londonda ailəsinin əhatəsində vəfat edib.

Kostello 1945-ci ildə Dublində anadan olub. Karyerasına Parisdə başlayıb, Milan, Nyu-York və Londondakı dəb evlərində çalışıb.

ABŞ-də Kostello öz brendi olan "Paul Costelloe Collections"ı yaradıb. 1983-cü ildən şahzadə Diananın şəxsi dəb dizayneri olub və 1997-ci ildə şahzadə vəfat edənə qədər onunla əməkdaşlıq edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
8
moderator.az

9Sources