Misli Premyer Liqasında bu gün XII tura yekun vurulacaq.
NOCOMMENT.az xəbər verir ki, turun son günündə 2 qarşılaşma baş tutacaq.
“Sabah” evdə “Şamaxı”nı qəbul edəcək. “Sabah” hazırda 21 xalla turnir cədvəlinin 4-cü pilləsindədir. 13 xala malik bölgə təmsilçisi isə səkkizincidir.
Turun son görüşü “Palms Sport Arena”da keçiriləcək. “Neftçi” evdə “İmişli” ilə üz-üzə gələcək. 15 xala malik paytaxt təmsilçisi turnir cədvəlinin 7-ci pilləsindədir. “İmişli” isə 12 xalla 9-cu yerdədir.