EN

Müharibənin bitməsinin sonuna çatmışıq Kelloq

ain.az, Axar.az portalına istinadən məlumat verir.

28 maddəlik sülh planı üzərində işlər gedir, lakin sazişin əsası artıq formalaşdırılıb. Biz müharibənin bitməsinin demək olar ki, finiş xəttinə çatmışıq.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“Planda bəzi şeylər var ki, onlar aydın yazılmalı və yaxşı izah olunmalıdır. Sənəddə həmçinin təhlükəsizlik zəmanətləri də yer alacaq və əsas qarant ABŞ olmalıdır ki, Budapeşt Memorandumu və Minsk sazişlərindəki səhvlərdən qaçmaq mümkün olsun”, - Kelloq bildirib.

Onun sözlərinə görə, ukraynalılar amerikalılara inanırlar və çox güman ki, Zelenski planı dəstəkləmək üçün ABŞ-a gedə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
20
axar.az

10Sources