EN

“Kızılcık şerbeti” bu xəbərlə ÇALXALANIR - “Fatih” özündən çıxdı... ŞOK SƏBƏB

Son dövrlərdə yaşanan qalmaqallarla gündəmdən düşməyən “Kızılcık şerbeti” serialının əsas heyətində baş verən ayrılıqlardan sonra setdə gərginlik yenidən yüksəlib.

Musavat.com xəbər verir ki, dördüncü mövsümü davam edən serialda bu dəfə “Fatih” obrazını canlandıran Doğukan Güngör yenilənmiş titrda adının yeni aktyor Seray Kayadan sonra yazılmasına etiraz edib.

Məlumata görə, Güngör əvvəllər Sıla Türkoğlunun adının yer aldığı sırada artıq öz adının olacağını gözləyirmiş. Lakin gözlədiyi kimi olmayıb və Kayanın adı onun adından əvvəl verilib. Bu vəziyyət gənc aktyoru əsəbiləşdirib.

İddialara əsasən, Doğukan Güngör buna etiraz olaraq serialın rəsmi sosial media hesablarını izləmədən çıxarıb və yaxın çevrəsinə “Titr düzəlməyənə qədər izləməyəcəyəm!” deyə bildirib.

Musavat.com

Chosen
138
musavat.com

1Sources