EN

Kelloq Ukrayna sülh planının təfərrüatlarını AÇIQLADI

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna ilə bağlı 28 bəndlik sülh planının hazırlanmasının təfərrüatlarını bölüşüb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, sənəddə hər bir söz əhəmiyyətlidir və burada dəqiq ifadə və aydınlıq tələb edən həlledici məqamlar var.

"Bu, yaxşı plandır. Bəzi şeylər var ki, onları daha aydın şəkildə ifadə etmək lazımdır. Lakin biz demək olar ki, oradayıq. Bu 28 bənd əsasında yekun versiya hazırlaya bilsək, bu, əla olar", - Kelloq qeyd edib.

O əlavə edib ki, plan üzərində iş Şükran gününə qədər həftə ərzində davam edəcək və sənədin yekun variantına nail olmaq şansının olduğuna əmin olduğunu bildirib.

Musavat.com

Chosen
26
1
musavat.com

10Sources