EN

Biləsuvarda 5-ci “Hind quşu festivalı” keçirildi

Biləsuvar rayonunda artıq ənənəyə çevrilmiş 5-ci “Hind quşu festivalı” keçirilib.

Doğru.az xəbər verir ki, tədbir rayonun Mərkəzi Parkında təşkil olunub və bölgənin kənd təsərrüfatı, turizm və mədəniyyət potensialının tanıdılmasına həsr edilib.

Festival Biləsuvar Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Aqrar İnnovasiya Mərkəzi və digər qurumların birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə hind quşu ətindən hazırlanan müxtəlif milli təamlar, o cümlədən yerli və xarici mətbəxlərin nümunələri təqdim olunub. Ziyarətçilər üçün idman oyunları, kəndirbazlıq nömrələri, pəhləvanların çıxışları, dekorativ əl işlərinin sərgisi və kənd həyatını əks etdirən xüsusi guşələr nümayiş etdirilib.

Festivalda həmçinin kənd məhsullarının satış yarmarkası, milli toy adətləri, xına mərasimlərinin nümayişi və mədəni proqramlar təşkil olunub. Tədbir yerli sakinlərin, fermerlərin, turizm sahəsi nümayəndələrinin və xarici qonaqların böyük marağına səbəb olub.

Tədbirin əsas məqsədi bölgədə quşçuluğun inkişafı, kənd təsərrüfatı məhsullarının tanıdılması və turizm potensialının genişləndirilməsi olub.

DOĞRU.AZ

Chosen
26
dogru.az

1Sources