EN

Soğan qabığından çayın faydaları

Son zamanlar təbii müalicə üsullarına marağın artması ilə soğan qabığından hazırlanan çay da populyarlıq qazanıb. Mütəxəssislər bildirirlər ki, bu adi görünsə də, soğan qabığı bir çox faydalı maddələrlə zəngindir və düzgün hazırlanarsa, sağlamlığa ciddi dəstək verə bilər.Metbuat.az xəbər verir ki, araşdırmalara görə, soğan qabığı çayı güclü antioksidant təsirə malikdir. Bu xüsusiyyət orqanizmdə sərbəst radikalları azaldır, immuniteti gücləndirir və xəstəliklərə qarşı müqaviməti artırır. Eyni zamanda, çayın iltihabəleyhinə təsiri nəfəs yollarında olan narahatlıqları yüngülləşdirə, öskürəyi və boğaz ağrısını azalda bilər. Mütəxəssislər qeyd edirlər ki, soğan qabığı çayı qan dövranını yaxşılaşdırır, damar divarlarını möhkəmləndirir və ürək sağlamlığını dəstəkləyir. Tərkibindəki “kversetin” maddəsi isə allergik reaksiyaları azaltmağa və orqanizmdəki şişkinlikləri aradan qaldırmağa kömək edir.Bu təbii içki həmçinin saç və dəri sağlamlığı üçün də faydalıdır. Daimi qəbul edildikdə saç tökülməsini zəiflətməsi və dərinin daha sağlam görünməsinə təsir etməsi vurğulanır.

Uzmanlar bildirirlər ki, soğan qabığından çay düzgün miqdarda və həkim məsləhəti ilə qəbul edildikdə xüsusilə soyuqdəymə mövsümündə orqanizmə əhəmiyyətli dəstək göstərə bilər.

Chosen
42
1
metbuat.az

2Sources