Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “AFEN Plaza” biznes mərkəzində baş verən partlayışdan sonra “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları yeraltı qaz sızması iddiasını araşdırmaq üçün hadisə yerinə cəlb olunublar.
Tribuna-nın məlumatına görə, əraziyə, həmçinin Baş Prokurorluğun əməkdaşları da cəlb ediliblər.
Xatırladaq ki, “AFEN Plaza”nın sahibi Əbülfət Əliyev iddiasına əsasən, binada partlayışa səbəb yolda aparılan təmirə səbəbindən zədələnən qaz xəttində baş verən qazsızma olub.
Sözügedən yolda təmir işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aparırdı.
Gülşən Rəsul