
Toy zamanı bəzi çıxışları videoya çəkirdim. Günlər sonra zəng gəldi: "Mənim haqqımda veriliş hazırlanır. Toyda bir xanım mənim çıxışımı çəkirdi, zəhmət olmasa deyin, görüntüləri mənə göndərsin." Bir anlıq tutulub qaldım. Məcbur qalıb, etiraf etdim ki, "o xanım" əslində mən idim. Məsələni danışdım, birlikdə güldük. Elə o gündən sonra salam-əleyk yarandı, xoş zarafatlarımız başladı.
İllər keçdi... Mənim toyumda da artıq yaxın bir insan, əziz bir qonaq kimi iştirak etdi. Onun səmimiyyəti, sadəliyi və gülərüzlülüyü yaddaşımda silinməz iz buraxdı.
Bu gün isə ağır xəbər aldıq. Arif Buzovnalı artıq aramızda deyil. Onun səsi, zarafatı və insanlığı daim ürəklərdə yaşayacaq.
Ruhu şad, məkanı cənnət olsun.
Fərqanə Qafarova