"Azərbaycanda qış turizm potensialı var və qış turizm üçün müəyyən infrastruktur yaradılıb".
Bunu Banco.az-a turizm eksperti Ceyhun Aşurov Azərbaycanda qış turizmi ilə bağlı mövcud vəziyyəti və gələcək potensialı şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, Qusarda Şahdağ, Qəbələdə Tufandağ, Naxçıvanda Ağbulaq ərazisində müasir standartlara uyğun qış turizm komplekslərimiz mövcuddur: "Lakin qış turizmi məhsulu dedikdə biz təkcə bu komplekslərin olduğu yerlər, yaxud da orada qar üzərində, buz üzərində sürüşmə zonalarını nəzərdə tutmuruq. Bununla əlaqədar olaraq bizə təbiət, relyef bu imkanları yaradır. Eyni zamanda regionlarda olan kənd evləri, villalar, qışı, təbiəti seyr etmək, hiss etmək istəyənlər üçün də çox gözəl, əlverişli istirahət imkanları yaratmış olur".
"Qış turizmi ilə əlaqədar olaraq müəyyən işlər görülüb ki, iri bazarları biz ölkəmizə də cəlb edə bilərik. Bu Körfəz ölkələri ola bilər, hansılar ki, bu günə qədər də maraqlıdırlar. Orta Asiya ölkələri, Rusiya bizim üçün əlverişli bazar sayıla bilər.
Sadəcə müəyyən marketinq addımları atılmalıdır. Reklamlar genişləndirilməlidir ki, daha çox seqmentdən ölkəmizə turistləri cəlb edə bilək.
Aydın mÉ™sÉ™lÉ™dir ki, ölkÉ™mizÉ™ gÉ™lÉ™n turistlÉ™r ancaq hansısa bir É™ylÉ™ncÉ™ üçün bir mÉ™qsÉ™dli gÉ™lmirlÉ™r. Onlar gÉ™lÉ™rkÉ™n ölkÉ™mizi müəyyÉ™n mÉ™nada hÉ™m kəşf edirlÉ™r, hÉ™m dÉ™ araÅŸdırırlar. Orada qalmaqla tarixi, mÉ™dÉ™ni abidÉ™lÉ™rlÉ™, tÉ™biÉ™tlÉ™ tanış olurlar və əhalinin hazırladıqları mÉ™hsullardan da istehlakçı kimi istifadÉ™ edirlÉ™r. Bu da yerli É™halinin maddi rifahına müsbÉ™t tÉ™sirini göstÉ™rir", - ekspert qeyd edib.Â
C. Aşurov bildirib ki, regionlarda olan sanatoriya, sağlamlıq mərkəzləri də bütün mövsümlərdə işləyir: "Həftə sonu turları təşkil oluna bilər ki, bu da ailə turları üçün əlverişlidir. Son dövrlərdə kənd evlərinin, villaların sayı da artıb. Bu da turistlər və regionlara səfər edənlər üçün əlavə istirahət, qalma imkanları yaratmış olur.
Bunları daha çox mÉ™hsul halına salaraq, turizm mÉ™hsullarını çeÅŸidlÉ™ndirÉ™rÉ™k vÉ™ marketinqdÉ™n düzgün ÅŸÉ™kildÉ™ istifadÉ™ edÉ™rÉ™k turizmi geniÅŸlÉ™ndirÉ™ bilÉ™rik.Â
İnfrastrukturun təkmilləşdirilməsi, modernləşdirilməsi, eyni zamanda xidmətin yüksəldilməsi üçün personalın təlimi, həmin yerlərin düzgün şəkildə tanıdılması üçün influenserlərdən istifadə olunması, yerli icmalarla işbirliyi və s. bu kimi yollar inkişafla bağlı prosesləri daha da sürətləndirə bilər. Həmçinin, aviaşirkətlər və müxtəlif turizm şirkətləri ilə də əməkdaşlıq edərək bu işləri daha da genişləndirə bilərik".
Bizi sosial şəbəkələrdən izləyin!!