Roma Papası XIV Leo Gürcüstana səfərə dəvət olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Vatikanda jurnalistlərə bildirib.
O, Roma Papasının Gürcüstana səfərinin çox mühüm olacağını qeyd edib.
“Gələn il Gürcüstanda xristianlığın qəbulunun 1700-cü ildönümü qeyd ediləcək və bu baxımdan Roma Papasının ölkəmizə səfəri çox maraqlı olardı. Mən dəvətnaməni Roma Papasına təqdim etdim. Ümid edirik ki, o, Gürcüstana səfər edəcək”, - Kobaxidze əlavə edib.