EN

Binəqədidə talama cinayəti və oğurluq hadisələri açılıb

Dogru.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, rayonun Biləcəri qəsəbə sakini polisə müraciət edərək yaşadığı evdən 3 min manat pul və 6 min manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlanmasını bildirib.

Doğru.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 21 yaşlı R.Muradov müəyyən edilərək saxlanılıb.

Bundan əlavə, Nəsimi və Nərimanov rayonlarında yerləşən mağazalardan ümumi dəyəri 4 300 manat olan iki ədəd mobil telefon və noutbuk oğurlamaqda şübhəli bilinən 5 nəfər – C.İsmayılov, A.Şanayev, T.Abdıyev, P.Fərziyev və R.Qurbanəliyev də polis əməliyyatları nəticəsində tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
3
dogru.az

10Sources