EN

“Adolf Hitler” seçkilərə gedir

Namibiyada qeyri-adi ada sahib siyasətçi Adolf Hitler Uuono yenidən seçki gündəminə düşüb. O, 20 ildir rəhbərlik etdiyi Ompundya dairəsində 26 noyabr seçkilərinə təkrar namizədliyini irəli sürdüyünü təsdiqləyib.

Musavat.com xəbər verir ki, Uuono 2020-ci ildə keçirilən seçkilərdə təxminən 85 faiz səs toplamışdı.

Lakin bu dəfə seçicilərin ona etimadı xeyli azalıb. Yerli sakinlər uzunmüddətli durğunluqdan, yolların və digər infrastrukturun olmamasından narazıdır. The Namibian qəzetinin yazdığına görə, seçicilərdən biri belə deyib: “Biz ona işdə nərd oynamaq üçün maaş vermirik.”

Siyasətçi öz adının tarixlə bağlı assosiasiyalara səbəb olmasına da münasibət bildirib. Onun sözlərinə görə, atası bu adın mənasını bilməyib və təsadüfən qoyub.

Uuono vurğulayıb ki, onun nə nasizmlə, nə də II Dünya müharibəsi ilə bağlı Adolf Hitlerlə hər hansı əlaqəsi yoxdur.

Rəsmi tədbirlərdə isə yalnız “Adolf” kimi təqdim olunduğunu deyib.

Chosen
79
musavat.com

1Sources