EN

Yasamaldakı yanğın müzakirə yaratdı: yeni qadağa gəlir?

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Noyabrın 21-də Yasamal rayonunda yerləşən yaşayış binasında baş verən yanğınla bağlı bir sıra suallar yaranıb. Sakinlərin iddiasına görə, alovun mənbəyi həmin binanın aşağı qatında fəaliyyət göstərən “Loft” restoranı olub. Hadisədən sonra diqqət daha çox bu tip obyektlərin fəaliyyətinə yönəlib. Xüsusilə də yaşayış binalarının zirzəmisində və birinci mərtəbəsində yerləşən iaşə obyektlərinin təhlükəsizlik standartlarına uyğunluğu müzakirə edilir.

Yaşayış binalarında iaşə obyektlərinin olması düzgündürmü? Qanunvericilikdə bununla bağlı hər hansı qadağa mövcuddurmu? Bu istiqamətdə əlavə dəyişikliyə gərək varmı?

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, qanunvericilik baxımından yaşayış binalarının birinci mərtəbələrinin qeyri-yaşayış və iaşə obyekti kimi layihələndirilməsində hər hansı problem yoxdur:

“Qanunvericilikdə yaşayış sahələrinin kommunal xidmətlərlə təmin olunmasına dair xüsusi tələblər mövcuddur. Bu xidmətlərin təchizi zamanı təbii inhisarçı dövlət şirkətlərindən xüsusi texniki şərt alınması tələb edilir. Bundan əlavə, dövlət qurumları həmin binalar və obyektləri mütəmadi olaraq yoxlayır ki, sahibkarlar özbaşınalığa və təhlükəli müdaxilələrə yol verməsinlər. Çünki bəzi sahibkarlar daha çox gəlir əldə etmək məqsədilə kommunal xidmətləri kustar üsullarla həyata keçirməyə cəhd göstərirlər”.

Ramil Süleymanov

Hüquqşünas qeyd edib ki, mövcud vəziyyət nəzərə alınaraq, qanunvericilikdə əlavə dəyişiklik edilməsinə ehtiyac yoxdur:

“Sadəcə nəzarət mexanizmləri daha effektiv olmalıdır. Zərurət yaranarsa, nəzarət prosesinin özünə də əlavə diqqət yetirilməlidir”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
globalinfo.az

1Sources