EN

11 min il yatan vulakn oyanıb | VİDEO

AzVision.az “VolcanoDiscovery” media-resursuna istinadən xəbər verir ki, aktivliyin başlanğıcı noyabrın 23-də yerli vaxtla səhər saat 8:30-da qeydə alınıb.

“Hayli-Qubbi” digər aktiv olan “Erta-Ale” vulkanından 15 kilometr aralıda yerləşir. Alimlər bildirirlər ki, vulkanda əvvəllər aktivlik əlamətləri olmayıb. Lakin noyabrın 24-də Tuluza Vulkan Külü üzrə Məsləhət Mərkəzi burada kül püskürməsini təsdiqləyən xüsusi bülleten yayımlayıb.

Hadisə şahidləri bu tarixi anı videoya çəkiblər. Sosial şəbəkələrdə yayılan şərhlərə görə, püskürmə güclü partlayışlarla müşayiət olunub.

“Bu təbiət hadisəsinin bölgəyə təsirini müəyyənləşdirmək hələ tezdir”,- mütəxəssislər vurğulayıblar.

Hakimiyyət orqanları yerli sakinləri ayıq-sayıq olmağa və vəziyyətlə bağlı rəsmi məlumatlara əməl etməyə çağırıb.


Sahil İsgəndərov
AzVision.az

Chosen
38
2
azvision.az

3Sources