EN

Canavarlar kəndə hücum etdi: bir sürünü parçaladı

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kürdəmirdə canavarlar kəndə hücum edib.

Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çölqubalı kəndində qeydə alınıb.

Vəhşi heyvanlar səhər saatlarında kənd sakini Şahin Səfərova məxsus 16 baş xırdabuynuzlu heyvanı parçalayıblar. Sakinlərin sözlərinə görə, sıx yulğunluqla əhatə olan kənd mütəmadi olaraq vəhşi heyvanların hücumuna məruz qalır. Son həftə ərzində kəndə sürü halında hücüm edən canavarlar sakinlərin onlarla xırdabunuzlu heyvanını tələf ediblər.

Kənd bələdiyyəsinin sədr müavini Balamirzə Agayev deyib ki, məsələ ilə bağlı aidiyyəti üzrə məlumat veriləcək və tədbirlər görüləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
9
globalinfo.az

10Sources