EN

Bayıla gedən sürücülərin kabusuna çevrilən YOLVİDEO

Bayıl qəsəbəsindəki bu küçə bərbad vəziyyətdədir. Yoldakı çala-çuxurlar xüsüsən də tıxac vaxtı sürücülərə maneçilik yaradır.  

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi ilə Xanlar küçəsini birləşdirən ara yoldan gedir. Cəmi 40-50 metr uzunluğu olan bu küçədən gün ərzində yüzlərlə avtomobil istifadə edir..

Qəsəbədən şəhərə, ya da əksinə istiqamətdə gediş-gəlişin sıx olduğu bu ərazidə yolun belə olması avtomobillərə ziyan vurur. Quyuların üzərinə vurulan beton qatı da maşının alt işlək hissəsini zədələyir.

Problem əsasən da taksi sürücülərini narahat edir.

Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirdilər ki, sözügedən ünvanda asfalt örtüyünün təmir edilməsi ilə bağlı isə bir müddət əvvəl aidiyyatı üzrə rəsmi müraciət olunub. 

İri şəhərlərin birləşmiş su təchizatı xidmətindən isə qeyd etdilər ki, quyuların ağzının betonlanması məsələsi ilə bağlı məlumat müvafiq sukanal idarəsinə yönləndirilib. Əraziyə baxış keçirilib, araşdırma aparıldıqdan sonra müvafiq işlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
47
1
xezerxeber.az

2Sources