EN

Neymar “İnternasional”la oyunu buraxacaq

“Santos”un hücumçusu Neymar Braziliya Serie A-sının 35-ci turunda “İnternasional”la keçiriləcək oyunu buraxacaq.

90deqiqe.Az-ın "Globo Esporte"yə istinadən məlumatına görə, 33 yaşlı futbolçu əvvəlki qarşılaşmada “Mirassol”a qarşı oyunda sol dizində narahatlıq hiss edib.

Komanda rəhbərliyi onun istirahət etməsinə qərar verib ki, növbəti turda “Santos” “Sport Resifi” ilə görüşə tam hazır olsun. “İnternasional”la matç “Santos” üçün böyük əhəmiyyət daşıyır, çünki klub turnir cədvəlində 37 xalla 17-ci pillədə yer alır. “Internasional” isə 40 xalla 15-ci sıradadır. Cari mövsümdə Neymar 17 oyunda 4 qol vurub.

Chosen
45
90deqiqe.az

1Sources