Axios yüksək rütbəli ABŞ rəsmisinə istinadən yazır ki, ABŞ ordusunun katibi Daniel Driscoll Ukrayna nümayəndələri ilə tammiqyaslı sülh danışıqları apararaq “əyriləri qabaqlayıb”.
Doğru.az xəbər verir ki, Driscollun bu addımı Kiyevi sövdələşməyə məcbur etmək barədə müzakirələrə səbəb olub.
Mənbənin sözlərinə görə, Ukrayna tərəfi iddia edir ki, Vaşinqton onları Rusiyanın maraqlarına uyğun razılaşmanı qəbul etməyə məcbur etməyə çalışır:
“Ukraynalılar iddia edirlər ki, biz onları Rusiyanın maraqlarına uyğun olan sövdələşməni qəbul etməyə məcbur edirik. Bu, onların adi taktikasıdır. Bu, doğru deyil”, – ABŞ rəsmisi bildirib.
Bundan əvvəl Ukrayna nümayəndə heyətinin Cenevrədə gedən danışıqlardan Kiyevə qayıtdığı açıqlanmışdı.
Almaniya kansleri Fridrix Merz isə bildirib ki, Rusiyanın sülh planında növbəti addımı atması zəruridir.
DOĞRU.AZ