EN

Saşa İliç: “Qarabağ”ın hakim köməyinə ehtiyacı yoxdur” – ARENA.AZ

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü meydan sahiblərinin 2:4 hesablı məğlubiyyəti ilə başa çatdı.

Saşa İliç oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu gün stadion dolu idi və möhtəşəm atmosfer var idi. Məncə, bu gün baxımlı oyun oldu. “Qarabağ”a “Napoli” ilə matçda uğurlar arzu edirəm. İlk 10 dəqiqə oyunumuz çox da yaxşı alınmadı, amma qoldan sonra toparlandıq. İkinci hissəyə yaxşı başlamışdıq. Təbii ki, qırmızı vərəqədən sonra “Qarabağ”a qarşı mübarizə aparmaq elə də asan olmadı.

Qırmızı vərəqənin düzgün olduğunu düşünmürəm. Lakin, hakim artıq qərarını verib və heç nə dəyişməyəcək. “Qarabağ”ın hakim köməyinə ehtiyacı yoxdur. Yankoviç oyunda olsa idi, penaltini o yerinə yetirəcəkdi. O, oyunda olmadığı üçün Ramalinqom zərbəni yerinə yetirdi. Ramalinqomu başa düşürəm. Hücumçudur və qollar vurmaq istəyir. Səhv mənimdir. Gərək bunları əvvəlcədən müəyyənləşdirək.

“Qarabağ” Azərbaycanın ən güclü klubudur. Onlardan xal almaq üçün müəyyən şanslarımız var idi. Etdiyimiz səhvlər buna imkan vermədi.

Hakimlikdən danışmağı sevmirəm. Lakin mən olsaydım, ikinci sarı vərəqəni verməzdim. O epizoddan sonra oyun tamam dəyişdi. Azlıqda olsaq da, qol vurduq. Komandamdan razıyam”.

Chosen
29
6
arena.az

8Sources