EN

İtaliyalı motopilot şou zamanı həlak olub

Braziliyada keçirilən motosiklet şousu zamanı 23 yaşlı italyan yarışçı Lurrike Ferrarinin iştirakı ilə faciəvi qəza baş verib.

Lurrike maneədən maneəyə tullanma edərkən sürətini hesablamayıb və dəbilqəsi ilə maneəyə çırpılıb.

“The Irish Sun” qəzetinin məlumatına görə, yaralı motosikletçiyə kömək etmək üçün dərhal tibb işçiləri gəlib. Lurrike əməliyyat olunmaq üçün “Marieta Konder Bornhauser” xəstəxanasına aparılıb, lakin aldığı xəsarətlərdən ölüb.

Ailə üzvləri jurnalistlərə bildiriblər ki, Lurrike şouda təxminən bir il işləyib və bu işini sevib. O, həmçinin boş vaxtının bir hissəsini ailəsinin burger restoranında kömək etməklə keçirib.

İdman.Biz

Məqalədə:
Chosen
25
1
idman.biz

2Sources