Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu" imzalayıb.
Marja.az xəbər verir ki. ehtiyac meyarının həddi ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.
Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununu da imzalayıb.
Qanun ilə, Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği - 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.
Bu Qanun da 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.