EN

Vaşinqton dünən Cenevrədə keçirilən görüşə nikbin yanaşır

“ABŞ Administrasiyasında hər kəs dünən Cenevrədə keçirilən görüşə nikbin yanaşır”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Ağ evin sözçüsü Kerolayn Livit jurnalistlərlə görüşdə deyib. O bildirib ki, dövlət katib Rubio, xüsusi elçi Uitkoff ABŞ-ın hər iki tərəfin - rusların və ukraynalıların - fikirləri ilə hazırladığı 28 maddəlik sülh planının detalları üzərində işləyib və nəticədə onların böyük əksəriyyəti razılaşdırılıb.

“Ukraynalılar bizimlə birlikdə mətn üzərində işləyiblər və bunu dünən birbaşa onların nümayəndə heyətlərindən eşitmisiniz. Beləliklə, çox yaxşı vəziyyətdə olduğumuzu düşünürük. Əlbəttə ki, bütün bu məqamların digər tərəfin, rusların da razılaşdığından əmin olmalıyıq. Amma düşünürəm ki, prezident bu müharibəyə son qoymaq üçün sərf etdiyi enerji və səyə görə böyük təqdirə layiqdir. O, ölümlərin dayandırılmasını istəyir. Hər hansı bir son tarixə gəldikdə isə, prezident bunun mümkün qədər tez bir zamanda həll olunmasını istəyir”, - deyə sözçü əlavə edib.

Chosen
55
sia.az

1Sources