EN

Tramp Maduro ilə danışmaq istəyir

ABŞ prezidenti Donald Tramp köməkçilərinə Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığı aparmaq istədiyini bildirib.

Musavat.com xəbər verir ki, məlumatı Axios Ağ Ev mənbələrinə istinadən məlumat yayıb: "Prezident Tramp müşavirlərinə Nikolas Maduro ilə birbaşa danışmağı planlaşdırdığını bildirib".

Məlumatda qeyd olunur ki, zəng hələ də müzakirə olunur, ona görə də söhbət üçün dəqiq tarix təyin edilməyib. Trampın yaxın ətrafı onun Maduroya nə demək istədiyini bilmir, ona görə də "bütün variantlar masada qalır".

Axios mənbələri qeyd edib ki, Amerika liderinin bu söhbəti aparmaq istəyi Venesuelaya raket zərbələri endirilməsi və ya onun ərazisində quru hərbi əməliyyatlarının qaçılmaz olmadığına işarə ola bilər.

Ağ Evdəki mənbə məlumatda ABŞ administrasiyasının hazırda Venesuela prezidentinə qarşı birbaşa heç bir əməliyyat planlaşdırmadığına əminlik verib: "Heç kim gəlib onu güllələməyi və ya qaçırmağı planlaşdırmır. Mən demirəm ki, bu, heç vaxt baş verməyəcək, amma hazırda bu, gündəmdə deyil".

Ağ Ev rəsmisi agentliyə bildirib ki, "bizim gizli əməliyyatlarımız var, lakin onlar Maduronu öldürmək məqsədi daşımır. Onlar narkotik qaçaqmalçılığının qarşısını almaq məqsədi daşıyır".

Musavat.com

Chosen
17
6
musavat.com

7Sources