EN

On üç yaşlı oğlana qarşı əxlaqsızlıq edən gəncə AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Nağı Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 15 il müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, 2022-ci il təvəllüdlü Nağı Yusifov 2024-cü ilin iyun–avqust ayları ərzində müxtəlif vaxtlarda on dörd yaşına çatmayan zərərçəkmiş D.D.-yə (adı, soyadı şərtidir) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
 

Belə ki, o, 2024-cü ilin iyun ayında, günləri və vaxtları istintaqa tam məlum olmayan dövrlərdə həmkəndlisi, 2011-ci il təvəllüdlü zərərçəkmiş şəxsi aldadaraq müxtəlif bəhanələrlə Goranboy rayonu ərazisində yerləşən yaşayış olmayan fərdi evlərin həyətlərinə və eləcə də özünə məxsus fərdi yaşayış evinə aparıb. Təqsirləndirilən şəxs həmin yerlərdə oğlanın iradəsinə zidd olaraq ona qarşı zor tətbiq edib, qollarından və bədənindən tutaraq müqavimət göstərməsinə imkan verməyib, sonuncunun yaşına və müdafiəsiz vəziyyətinə baxmayaraq ona müxtəlif xarakterli seksual zorakılıq hərəkətləri törədib.


O, bu qanunsuz əməllərini bir neçə dəfə edib.

 

Hadisədən sonra Nağı Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Kamal Məmmədov 

Tarix: 25 Noyabr 2025, 08:20   
Chosen
42
pravda.az

1Sources