"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinin V turunda səfərdə "Napoli" ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, görüş Neapoldakı Dieqo Armando Maradona stadionunda oynanılacaq.
Görüşü polşalı hakim Şimon Marçinyak idarə edəcək.
"Qarabağ" 4 turdan sonra 7 xala malikdir və 15-ci yerdədir.
"Napoli"nin isə aktivində 4 xal var. Neapol təmsilçisi ilk 2 ev oyununda 1 qələbə qazanıb və 1 heç-heçə edib.
Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Çempionlar Liqası Liqa mərhələsi, V tur
26 noyabr (çərşənbə axşamı)
00:00. “Napoli” - “Qarabağ”
Hakimlər: Şimon Marçinyak, Adam Kupsik, Tomaş Listkeviç, Voytsex Mlts (Polşa)
VAR: Pol van Bukel (Niderland)
AVAR: İvan Bebek (Xorvatiya)