EN

ABŞ ın sülh planı ilə bağlı ilginc detal: Trampın kürəkəni və Uitkoff...

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner Moskva və ya Kiyevlə məsləhətləşmədən Ukrayna üçün sülh planını özləri yazıblar”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (VSJ) məlumat yayıb.

“Planın hazırlanması ilə tanış olan şəxsin sözlərinə görə, müddəaların əksəriyyətini Uitkoff və Kuşner Rusiya və Ukrayna rəsmiləri ilə məsləhətləşmədən əvvəl yazıblar.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın noyabrın 18-də Vaşinqtona səfəri zamanı Ağ Evdə dövlət katibi Marko Rubioya planın surəti verilib”, – deyə bildirilibş

Noyabrın 23-də Cenevrədə mətbuat konfransında çıxış edən ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib ki, Avropa İttifaqı (Aİ) və NATO-nun Ukrayna böhranının həlli prosesində iştirakı hələ müzakirə edilməlidir.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
globalinfo.az

1Sources