19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq.
Offsideplus.az xəbər verir ki, Həbib Ağayevin çalışdırdığı komanda Slovakiya ilə üz-üzə gələcək.
Görüş Şimali Makedoniyanın Strumitsa şəhərindəki Kukuş stadionunda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qeyd edək ki, B Liqasının V qrupunda yer alan yığmamız növbəti matçını noyabrın 28-də Şimali Makedoniyaya qarşı keçirəcək.