Ukrayna Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərinə kütləvi dron hücumu edib.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
Şəhərdə onlarla partlayış baş verib və yanğınlar başlayıb. Sakinlərin bildirdiyinə görə, 20-dən çox partlayış səsi eşidilib.
Həmçinin təyyarə zavoduna zərbə dəydiyi və "A-60" təyyarəsinin məhv edildiyi qeyd edilir.
Şəhər sakinləri hücumun baş verdiyi ərazidə bir təyyarənin yandığını bildiriblər. Bəzi teleqram kanallarının məlumatına görə, bu A-60 ola bilər.
Həmçinin yazılır ki, Taqanroqda hücumdan sonra anqarın içərisində yanğın qeydə alınıb. İlkin məlumata görə, həmin vaxt orada modernizasiya prosesindən keçən strateji bombardmançı Tu-95MS ola bilərdi.
Bizim.Media