ain.az, GlobalInfo saytına istinadən bildirir.
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun sülh planına görə çətinə düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (VSJ) məlumat yayıb.
Bildirilib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı 28 bəndlik planın ilkin variantı dərc edildikdən sonra senatorlar Rubioya zəng ediblər:
“Dövlət katibi qəzəbli avropalı rəsmilərin zənglərinə cavab vermək məcburiyyətində qalıb. O, həmçinin ABŞ qanunvericilərindən, o cümlədən Men senatoru Anqus Kinq , Nyu-Hempşir senatoru Cenni Şahen və Cənubi Dakotadan respublikaçı senator Mayk Roundsdan məktublar almağa başlayıb”.
Məlum olub ki, sözügedən planda Rusiyanın təsiri var:
“Rubio Rusiya prezidentinin xüsusi elçisi Kirill Dmitriyevin adını çəkmədən deputatlara deyib ki, ilkin planda rusların əli var. O, digər qanunvericilərə də bildirib ki, plana Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov və digər hesabatçılar tərəfindən təklif olunan elementlər də daxil edilir. Yəni hər iki tərəfin iştirakından söhbət gedir”.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.