EN

BP: Regionda işləri davam etdirmək üçün metodlar dəyişməlidir

Gələcəkdə regionda karbohidrogenlərin çıxarılmasında yeni iş metodlarından istifadə etmək lazımdır.

"APA-Economics" xəbər verir ki, bunu SPE Xəzər Texniki Konfransında çıxışı zamanı BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Giovanni Cristofoli bildirib.

"Regionda qarşıdakı 30–40–50 ilin karbohidrogenlərini əvvəlki 30 ildə olduğu kimi inkişaf etdirə bilmərik. İş metodlarımızı dəyişməliyik, arxayınlaşmamalıyıq", - regional prezident qeyd edib

Onun sözlərinə görə, texniki çağırışlar daha kəskinləşir, təchizat zənciri daha mürəkkəbləşir.

"Yəni əsas çağırış odur ki, son 30 ildə işlədiyimiz kimi işləməyə davam etməyək. Məncə, bu regionda xüsusi bir “sehirli formul” var — güclü tərəfdaşlıqlar yarada bilmək bacarığı", - Giovanni Cristofoli vurğulayıb.

Chosen
49
1
apa.az

2Sources