"Real Madrid"in baş məşqçisi Xabi Alonso karyerasını İngiltərədə davam etdirə bilər.
Hafta.az "Indykaila New" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı "Liverpul"un maraq dairəsindədir. Məlumata görə, Alonsonun "Real Madrid"dəki taktiki qərarları klub daxilində narazılıqlar yaradıb. Bəzi futbolçuların baş məşqçinin qərarlarını qəbul etmək istəmədikəri iddia olunur.
Nəşrin mənbələrinə istinadən yaydığı məlumata görə, Madrid klubundan ayrılmaq istəyən Alonso "Liverpul"u çalışdırmağa hazırdır. Bildirilir ki, ispan mütəxəssis "Real"dan ayrılsa, klub rəhbərliyi müvəqqəti olaraq Zinəddin Zidanı yenidən komandanın baş məşqçisi postuna gətirə bilər.
Xatırladaq ki, "Real Madrid" son üç matçda qələbə qazana bilməyib.