EN

Azərbaycanlılar bu ölkələrə vizasız gedə biləcək Siyahı

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası, Anqola Respublikası, Bəhreyn Krallığı, Dominikan Respublikası, Qvineya-Bisau Respublikası, Surinam Respublikası və Moldova Respublikası arasında viza tələbindən qarşılıqlı azad edilməsinə dair Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi təsdiqlənib.

Globalinfo.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunaraq qəbul edilib.

Qanun qüvvəyə mindikdən sonra Azərbaycan vətəndaşları həmin ölkələrə 90 gün müddətinədək vizasız səyahət edə biləcəklər. 90 günü aşan səfərlər üçün viza tələbi qüvvədə qalır.

Həmçinin bildirilib ki, sözügedən ölkələrə təhsil almaq, işləmək və ya daimi yaşamaq məqsədi ilə gedən Azərbaycan vətəndaşları müvafiq viza almalı olacaqlar.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
globalinfo.az

1Sources