EN

Aktauda yeni dəniz limanı tikiləcək Bakıya gələn nəqliyyat dəhlizinə YENİ TÖHFƏ

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Qazaxıstanın Manqistau bölgəsində yeni dəniz limanının tikintisi planlaşdırılır.Bizim.Media Qazaxıstan mediasına istinadən xəbər verir ki, bölgənin akimi Nurdaulet Kilıbayın sözlərinə görə, Çinin “Çjonyun International” şirkətlər qrupu strateji tərəfdaş seçilib.Region rəhbərliyinin məlumatına əsasən, investisiya layihəsinin dəyəri 300 milyon dollar təşkil edir.Nurdaulet Kilıbay dəqiqləşdirib ki, investor artıq bölgədə hüquqi şəxs qeydiyyatdan keçirib və investisiya sazişinin imzalanması üçün lazımi sənədlər paketini hazırlayır:“Layihə yeni “Çin – Qazaxıstan – Aktau – Bakı – Poti – Avropa” beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasına töhfə verəcək. Onun həyata keçirilməsi yüklərin çatdırılma müddətini 7-15 gün, nəqliyyat xərclərini 18-25% azaltmağa və yeni iş yerləri yaratmağa imkan verəcək”.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
2
bizim.media

3Sources