EN

Bakıda "SPE Xəzər Texniki Konfransı" işinə başlayıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə Bakıda "SPE Xəzər Texniki Konfransı" işinə başlayıb.

Regionun ən mühüm sənaye tədbirlərindən biri sayılan bu tədbir ənənəvi olaraq bütün Xəzər hövzəsindən ekspertləri, dövlət qurumlarının nümayəndələrini və texnoloji novatorları bir araya gətirir.

Konfransda 2 yüksək səviyyəli plenar sessiya və 20-dən çox tematik bölmə yer alır. Konfrans çərçivəsində texnoloji sərgi fəaliyyət göstərəcək. Burada şirkətlər yeni alətlərini, mühəndislik həllərini və gələcəkdə sahənin simasını formalaşdıracaq işləmələrini təqdim edəcəklər. Konfrans noyabrın 27-nə qədər davam edəcək.

Chosen
60
vergiler.az

1Sources