EN

Erməniyə 12 xal verməyimə peşman deyiləm Video

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müğənni Samirə Efendi "Silk Way Star" beynəlxalq musiqi layihəsində erməni iştirakçı Saro Gevorqyana 12 xal verməsinə görə tənqid edilməsindən danışıb. 

Axşam.az xəbər verir ki, "Tarixin bir günü" proqramına gələn sənətçi atdığı addıma görə peşman olmadığını deyib. O bildirib ki, dəfələrlə həmin ifaçıya haqsızlıq edib:

"Peşman olmadım etdiyimə görə. Onun haqqına dəfələrlə girmişdim. Finalda layiq olduğunu etdim. Musiqiçi kimi baxıram. Siyasətçi deyiləm ki, durub orada düşmənçilik edim. Ora düşmənçilik etməyə getməmişəm. Mən ölkəmi nüfuzdan salmamalıyam. 8 bal verəndə o, dedi ki, bilirəm niyə edirsiniz... Amma gələcək karyerama xələl yetirirsiniz.  Bu, mənə çox təsir etdi.

2021-ci ildə 50 min erməni mənə qarşı pisisiya edəndə tək idim. Məni hamam otağına belə qoruya-qoruya aparırdılar. Pavilyona pomidor, yumurta gətirir, bayraqla qışqırırdılar. Bunu bizim media yaymadı. Bir qazı övladı kimi bunu unutmaram. Amma istəyirəm gələcək nəslimiz merhibançılıq, sülh içində yaşasınlar. İstəmirəm gəmclər əlində silahla cəbhəyə getsin. Xalı bilərəkdən vermişəm. Finala qalan iştirakçılar buna layiq idi". 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
5
axsam.az

5Sources