EN

"Qarabağ"ın rəqibi yarımmüdafiə xəttini gücləndirir

BAKI, 25 noyabr. TELEQRAF

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan İngiltərənin "Liverpul" klubu qış transfer pəncərəsində heyətinə yeni yarımmüdafiəçi cəlb etmək niyyətindədir.

Teleqraf "Football Insider" saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin bu mövqe üçün əsas hədəfi Niderlandın "AZ Alkmaar" klubunun futbolçusu Kes Smitdir.

Eredivizi təmsilçisi 19 yaşlı yarımmüdafiəçisi üçün 28 milyon avro tələb edir.

Smitlə İspaniyanın "Real Madrid"lə "Barselona" komandaları da maraqlanır.

Qeyd edək ki, Kes Smit cari mövsüm ərzində meydana çıxdığı 20 oyunda 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Chosen
35
teleqraf.com

1Sources