EN

Rusiya səfiri Ermənistanla münasibətləri niyə orada müzakirə edir?

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Nikolay Qusevlə görüş keçirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Ermənistandakı səfirliyi yayıb.

Tərəflər Rusiya–Ermənistan ali məktəbləri arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin inkişaf istiqamətlərini müzakirə ediblər.

Görüşdə, xüsusilə, “Gələcəyin alimləri” adlı beynəlxalq elmi-maarifləndirici proqramın Ermənistan ərazisində reallaşdırılması məsələləri diqqət mərkəzində olub. Layihə Puşkin İnstitutu tərəfindən Rusiya Elm və Ali Təhsil Nazirliyi, “Rossotrudniçestvo”nun dəstəyi ilə həyata keçirilir. Gənclər arasında elmin populyarlaşdırılması, həmçinin beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Musavat.com

Chosen
309
32
musavat.com

10Sources