EN

Ronaldo ilə Corcinanın toyunun vaxtı və yeri bəlli oldu

Kriştinao Ronaldo və Corcina Rodriges 2026-cı ilin yayında Madeyra adasında evlənəcəklər.

Publika.az xəbər verir ki, bu barədə “Jornal da Madeira” məlumat yayıb.

Mənbənin sözlərinə görə, toy mərasimi Ronaldonun doğulduğu Funşalda yerləşən kilsədə baş tutacaq və şənlik dəbdəbəli oteldə davam edəcək.

Portuqaliya millisinin kapitanı iyunun 11-dən iyulun 19-dək davam edəcək dünya çempionatından sonra evlənəcək.

Chosen
102
publika.az

1Sources