"Real Madrid" hazırda "Komo"da çıxış edən Niko Pası heyətinə qaytarmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Madrid təmsilçisi argentinalı futbolçunu 2024-cü ilin yayında "Komo"ya satmışdı.
"Kral klubu" onun sözləşməsindəki bənddən istifadə edərək gənc pleymeykeri geri qaytaracaq.
"Komo" onu qışda göndərməyi planlaşdırmır. Buna görə də qayıdışın 2026-cı ilin yayında olacağı gözlənilir.
N. Pas cari mövsüm A Seriyasında 12 oyunda 5 qol vurmağı bacarıb.