EN

Lavrov: “Trampın Ukrayna planının ABŞ dan rəsmi variantını hələ almamışıq”

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya ABŞ mediasında müzakirə olunan Trampın Ukrayna üzrə nizamlanma planının rəsmi versiyasını hələ əldə etməyib. Moskvanın əlində yalnız 28 bəndlik sənədin bir variantı mövcuddur və digər redaksiyalar rəsmi şəkildə təqdim olunmayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

“Xüsusilə vurğulamaq istəyirəm ki, bizim gördüyümüz və əlimizdə olan Trampın 28 bəndlik planında – başqa redaksiyasını görməmişik – Alyaskadakı sammitdə əldə olunmuş əsas anlaşmalar əksini tapır”, – deyə nazir qeyd edib.

Ötən həftə Vaşinqton Ukrayna münaqişəsinin həlli ilə bağlı 28 bənddən ibarət plan təklif etmişdi. Qərb mediasının yazdığına görə, sənədin ilkin variantında Ukraynanın NATO-ya daxil olmaqdan imtinası və alyansın Kiyevi inteqrasiya etməmək öhdəliyi yer alıb. Həmçinin ABŞ-ın Krım və Donbas üzərində Rusiyanın suverenliyini tanıması, Ukrayna qüvvələrinin Donetsk Xalq Respublikası ərazilərindən çıxarılması, rus dilinə dövlət statusu verilməsi, Ukrayna ordusunun məhdudlaşdırılması və antirusiya sanksiyalarının ləğvi kimi maddələr də nəzərdə tutulurdu.

23 noyabrda ABŞ və Ukrayna Cenevrədə Vaşinqtonun sülh planı ilə bağlı məsləhətləşmələr aparıblar. ABŞ dövlət katibi Marko Rubio bu görüşləri “münaqişə ərzində ən məhsuldar” danışıqlar adlandırıb.

Plan Avropadakı Kiyev tərəfdaşlarının narazılığına səbəb olub və onlar sənədə ciddi dəyişikliklər edilməsinə çalışırlar.

Daha sonra "Politico" nəşri mənbələrə istinadən yazıb ki, ABŞ quru qoşunları naziri Daniel Driskoll çərşənbə axşamı Əbu-Dabidə keçiriləcək görüşdə Rusiyaya 28 bəndlik deyil, 19 bənddən ibarət yeni ukrayna nizamlanma planını təqdim edəcək.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
90
bizimyol.info

1Sources