EN

Azərbaycan və Vatikanın qlobal sülh təşəbbüslərinin təşviqi sahəsində fəal əməkdaşlığı müzakirə olunub

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BAyramovVatikan şəhərinə rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-TacınDövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi,arxiyepiskop Pol Riçard Qallaqerlə görüşüb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, tərəflər inkişaf edən Azərbaycan–Vatikanmünasibətlərini nəzərdən keçirib, qarşılıqlı hörmətə əsaslanankonstruktiv dialoqu, konfessiyalararası anlaşmanın və qlobal sülhtəşəbbüslərinin təşviqi sahəsində fəal əməkdaşlığı məmnunluqla qeydediblər.

Siyasi dialoqun daha da möhkəmləndirilməsi, mədəni və humanitarəlaqələrin genişləndirilməsi, həmçinin birgə beynəlxalq layihələrinirəlilədilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin davametdirilməsinin əhəmiyyəti vurğulanıb.

Heydər Əliyev Fondu tərəfindən dəstəklənən və Vatikan ərazisindəhəyata keçirilən uğurlu qoruma və bərpa layihələri müzakirə edilibvə bu təşəbbüslərin dünya dini və mədəni irsinin qorunmasına mühümtöhfə olduğu qeyd olunub.

Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq müstəvidədini abidələrin qorunması və multikulturalizmin təşviqinə dairuzunmüddətli öhdəliyi də diqqətə çatdırılıb.

Həmçinin Azərbaycan–Ermənistan normallaşma prosesi, tarixiVaşinqton Sammiti razılaşmalarının icrası və Azərbaycanın azadedilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri dəmüzakirələrin əsas mövzuları arasında olub.

Chosen
36
8
az.trend.az

5Sources